Be - C(M-F) (10:00-18:00) | Şən(Sat) (10:00-15:00) +99455 555 9119

Türkiyə universitetlərinə attestatla qəbul dayandırılsa belə, alternativlər yaranacaq

“Türkiyə universitetlərinə attestatla qəbul dayandırılsa belə, alternativlər yaranacaq. Hər ali məktəb 2-3 dəfə YÖS imtahanı təşkil edəcək. Eyni proses başqa formada davam edəcək”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyib. O, Türkiyə universitetlərinə qəbul zamanı Dövlət İmtahan Mərkəzinin göstəricilərinin nəzərə alınması barədə danışıb:

“Türkiyə universitetlərinə attestatla qəbul dayandırılsa belə, alternativlər yaranacaq. Hər ali məktəb 2-3 dəfə YÖS imtahanı təşkil edəcək. Eyni proses başqa formada davam edəcək. Bizim hökumət çalışır ki, maksimum az tələbə xaricə üz tutsun. Çünki ölkədən xaricə pul çıxır. Türklər də çalışacaq ki, xarici tələbə sayı aşağı düşməsin. Bu səbəbdən də, alternativ qəbul yolları yaranacaq.

Əgər Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi geniş kampaniya aparsa, bu, xaricə üz tutan tələbələrin sayına təsir edəcək. Normalda şirkətlər boş dayanan deyil. Hansısa alternativlər təkliflər edəcəklər”.

Ekspert xaricdə təhsil şirkətlərinin yol verdiyi  saxtakarlıqlardan da söz açıb:

“Xaricdə təhsil üzrə şirkətlər lisenziyalaşdırılmalıdr. Minimum 3-5 il təcrübəsi olmayan və bunu sübut etməyən şirkətlərə daimi lisenziya verilməli deyil. Yeni açılan şirkətlər böyük məbləğdə depozit qoymalıdır. Şirkət insanları aldatsa belə, depozitdən insanlara dəyən ziyan ödənilməlidir”.

Xatırladaq ki, Global Karyera İnstitunun direktoru Orxan Həsənoğlu  açıqlaması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi və TürkiyəninYÖK (Yükseköğretim Kurumu) arasında  imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınmalı olduğunu qeyd etmişdi.

Mektebgushesi.az